Yunanıstanın xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi məlum olub


Yunanıstanın xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi məlum olub. Belə ki, bu ölkənin xarici işlər naziri Dimitris Avramopulos aprelin 29-30-da Azərbaycanda olacaq. Bu barədə bazar ertəsi Trend-ə diölomatik mənbələrdən bildiriblər.
Səfər rəsmi xarakter daşıyacaq. Yunanınstanın xarici işlər nazirinin müavini Dimitros Kurkulas səfərə hazırlıq məsələlərini martın əvvəllərində Bakıda Azərbaycan tərəfi ilə müzakirə etmişdi.
“Yunanıstan Azərbaycanla ikitərəfli formatda və Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlığı genişləndirməyə istiqamətlənib” , – Kurkulas səfərin yekunları üzrə mətbuat konfransı zamanı demişdi.
O bildirmişdi ki, 2014-cü ilin birinci rübündə Yunanıstanın Aİ-də prezidentliyi Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradacaq.
Yunanıstan nazirinin qarşıdakı səfəri çərçivəsində Azərbaycan tərəfi ilə bu məsələləri müzakirə edəcəyi gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO