125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyası üzrə 5 yeni seçki məntəqəsi təşkil olunub

125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyası üzrə 59 seçki məntəqəsi fəaliyyət göstərir. Bu il biz əlavə 5 seçki məntəqəsi yaratmışıq. Yeni məntəqələr “Qobu park 1”, “Qobu park 2” yaşayış komplekslərində, “Stansiya Sumqayıt” ərazisində, Kürdəxanıda və Sumqayıtdakı 12-ci mikrorayonda salınan yeni şəhərciklərdə təşkil olunub.

Bunu AZƏRTAC-a müsahibəsində dairə seçki komissiyasının sədri Əli Mönsümov deyib.

Onun sözlərinə görə, dairə üzrə 53 min 341 nəfərin səs vermək hüququ var. 8.00-da səsverməyə start verilib. Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Seçki məntəqələri səsvermə bülletenləri, protokollar, mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlərlə təmin edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO