Yunanıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək


Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos aprel ayında Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Yunanıstan xarici işlər nazirinin birinci müavini Dimitros Kurkulas Azərbaycan səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
“Səfərimin məqsədlərindən biri ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasına hazırlıqdır”, – XİN rəhbərinin müavini deyib.
Kurkulasın sözlərinə görə, Yunanıstan Azərbaycan ilə ikitərəfli formatda və Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlığın genişləndirilməsinə istiqamətlənib.
O deyib ki, Yunanıstanın 2014-cü ilin birinci rübündə Aİ-də prezidentliyi dövründə Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün əlavə imkan yaranacaq.
“Həmçinin qeyd etmək istəyirəm ki, Bakıya Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin birbaşa reysi ilə gəlmişəm. 2013-cü ilin may ayında bu marşrut üzrə uçuşlar mütəmadi olacaq”, – nazir müavini qeyd edib.
İlk reysin mayın 28-də həyata keçirilməsi gözlənilir. Sonradan isə Afina-Bakı-Afina reysi çərşənbə axşamı və cümə günləri olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO