Yeni sahə inzibati ərazi dairələri yaradılır

Milli Məclisin plenar iclasında yeni sahə inzibati ərazi dairələrinin yaradılması ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunub. Trend-in məlumatına görə, “Azərbaycanın bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” adlı qanun layihəsində bir sıra rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılması öz əksini tapıb. Ümumilikdə 40 sahə inzibati ərazi dairəsinin yaradılması nəzərdə tutulub.
Qanun layihəsinə görə, yeni sahə inzibati ərazi dairələri Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail və Yasamal, Gəncə şəhərinin Kəpəz və Nizami, həmçinin Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərində yaradılacaq. Qeyd edilib ki, sahə inzibati ərazi dairələri idarəetmə, icra hakimiyyəti orqanlarının əhaliyə daha yaxın olması məqsədini güdür.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO