Yeni dərs ilində Azərbaycanda 162 yeni məktəb istifadəyə veriləcək

2012-2013-cü dərs ilində respublika üzrə ümumilikdə 43588 şagird yerlik 162 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub.
Təhsil Nazirliyi tərəfindən 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO