Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb

Bu gün Yaponiyanın şimal-şərqində 9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Tokiodan 373 kilometr şimal-şərqə düşüb. Daha sonra Tokiodan 67 kilometr uzaqlıqda 6-7 bal gücündə bir neçə təkrar təkan qeydə alınıb. Bəzi prefekturalarda sunami evləri və yollarda olan maşınları yuyub aparıb. Rəsmi orqanlar sunami təhlükəsi ərazilərdə məskunlaşmış vətəndaşlara təcili olaraq təhlükəsiz yerə getmək barədə xəbərdarlıq edirlər.

Yaponiyanın baş naziri Naoto Kan televiziya ilə xalqa müraciət edərək əhalini təşvişə düşməməyə çağırıb. O hökumətin zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün əlindən gələni edəcəyinə söz verib. Baş nazir dövlət məmurlarından zəlzələnin nəticələrini cəld və effektiv şəkildə aradan qaldırmağı tələb edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO