Xocalı soyqırımı İzmirdə də yad ediləcək

Tələbələr “Xocalı, haray!” adlı tamaşa nümayiş etdirəcəklər

İzmirdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Mədəniyyət Evi və Dayanışma Dərnəyi ilə birlikdə Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə silsilə proqramlar hazırlayıb.

Fevralın 26-da İzmirdəki Atatürk liseyində düzənlənəcək bu tədbirlərdə Xocalı hadisələrini əks etdirən videofaktlar və fotosərgi də nümayiş etdiriləcək.

Tədbirlərdə Ege Universitetinin professorları doktor Mehmet Ersan “Erməni məsələsi dünəndən bu günə”, doktor Əli Erol “Qarabağ məsələsinə mədəni yanaşmalar”, Doqquz Eylul Universitetinin professoru Anar Xəlilov “AB İnsan Haqları sözləşməsi ucbatından Xocalıda və ondan sonrakı hadisələrdə yaşananlar” mövzularında mühazirələr oxuyacaqlar.

Daha sonra tələbələrin hazırladıqları “Xocalı, Haray” tamaşası nümayiş etdiriləcək, Xocalı faciəsinə həsr edilmiş mahnılar, şeirlər səslənəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO