Xocalı hava limanının Ermənistan tərəfindən istismar edilməsi niyyəti beynəlxalq hüquqa ziddir


Ermənistanın Azərbaycanın işğal olunan ərazilərində yerləşən Xocalı hava limanının mülki uçuşları təmin etmək məqsədilə istismar edilməsi niyyəti beynəlxalq hüquqa ziddir. Bu barədə Trend-ə cümə günü Azərbaycan Mülki Aviasiya Administrasiyasından məlumat verilib.
“Bizim mu məsələdə mövqeyimiz dəyişməz olaraq qalır – Ermənistan tərəfinin addımları yanlışdır və beynəlxalq normalara uyğun deyil”- administrasiyadan bildiriblər.
Bir müddət əvvəl Ermənistan KİV-in ölkənin Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Artyom Movsisyana istinadən verdiyi məlumata görə, Ermənistan Mülki Aviasiyası Baş İdarəsi Azərbaycanın işğal edilmiş ərazilərinə mülki təyyarələrinin uçuşuna icazə verəcək. Trend-in məlumatına görə, Movsisyan konkret tarix barəsində məlumat verməkdən imtina edib. Onun sözlərinə görə, uçuşları Ermənistanın 19 yerli təyyarəsi həyata keçirəcək. Uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO