106-sı qadın, 83-ü uşaq olmaqla, ümumilikdə 613 nəfərin qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir. Trend in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Osmanlı Türkiyənin “Milliyyət” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, cinayətin səbəbkarlarının cəzalandırılması üçün hər kəs üzərinə düşəni etməlidir.
Osmanlı onu da qeyd edib ki, təəssüf olsun ki, hələ də bu məsələ ilə bağlı ciddi reaksiya yoxdur, lakin bəzi ölkələrin parlamentlərində Xocalı faciəsi soyqırım kimi tanınıb.
Millət vəkili deyib ki, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində böyük rol oynayır.