Ukrayna parlamentinin deputatı azərbaycanlılardan üzr istəyib

Ukraynalı deputat Fyodor Neqoy azərbaycanlılardan üzr istəyib. Bu barədə APA-ya Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. Qeyd edək ki, ukraynalı deputatın bu yaxınlarda azərbaycanlılar barədə səsləndirdiyi qalmaqallı fikirləri geniş beynəlxalq rezonans doğurmuşdu. “Ukraynanın xalq deputatı Fyodor Neqoy mənə zəng etdi və uzun söhbət zamanı bir neçə dəfə azərbaycanlılardan üzr istədi. O qeyd etdi ki, heç bir halda aralarında çoxlu dostu olan azərbaycanlıları təhqir etmək niyyəti olmayıb”, deyə Rəhim Hümbətov bildirib.
“Biz onunla razılaşdıq ki, əgər qalmaqallı fikirlər mətbuat konfransında – insanların qarşısında səslənibsə, təkzibi də eyni şəraitdə vermək daha məqsədəuyğun olardı. Fyodor Fedoroviç Kiyevdən Xersona qayıtdıqda keçirəcəyi mətbuat konfransında azərbaycanlılardan üzr istəyəcəyini bildirdi. Biz qərara gəldik ki, mətbuat konfransı baş tutanadək aramızda olan danışıq barədə mətbuata məlumat verməyək. Lakin, KİV-lərdə bu barədə qeyri-dəqiq olmayan məlumat yayıldığı səbəbindən biz xəbərə düzəliş verməyə məcbur olduq”, deyə Hümbətov əlavə edib.
Onun sözlərinə görə, ukraynalı deputat səhvini dərk edərək səsləndirdiyi fikirlərə görə azərbaycanlılardan üzr istəyir və Fyodor Neqoy verdiyi vədi yerinə yetirdikdən sonra Ukraynanın Azərbaycan icması insidenti bitmiş sayacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO