Türkiyənin 16 şəhərinin polis rəisləri dəyişdirilib

Türkiyənin 16 şəhərinin polis rəisləri dəyişdirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Rəsmi Qəzet”i məlumat verib.

Məlumata əsasən, onların sırasında Ankara, Adana, Antalya kimi böyük şəhərlər də var.

Dünən Türkiyənin paytaxtı Ankarada kadr dəyişiklikləri 550-dən artıq polisə şamil edilib.

Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyənin bəzi şəhərlərində polis orqanlarında kadr dəyişiklikləri aparılır.

Polis orqanlarında kadr islahatları Sakarya, Çanakala, Malatya, Samsun, Batman, Yozqat və Elyazıq, Kutahya və Tokat şəhərlərində aparılıb.

Bundan əvvəl Ankara Təhlükəsizlik İdarəsində 18 vəzifəli şəxsə şamil edilən kadr dəyişiklikləri həyata keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO