Türkiyənin Giresun universitetində Xocalı soyqırımın qurbanlarının anma tədbiri keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, “Ağdam məscidində axırıncı əzan” adlı sənədli film nümayiş etdirildi.
Tədbirdə çıxış edən Giresun universitetinin rektoru, azərbaycan əsilli Aygün Attar şahidi olduğu Qarabağ muharibəsinin dəhşətlərindən, erməni hərbi birləşmələrinin dinc əhaliyə qarşı vəhşiliklərindən geniş danışdı. Bildirdi ki, SSRİ rəhbərliyinin dəstəyini görən erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan almaq üçün bütün insanlıqdan uzaq yollara əl atırdılar.
Tədbirin aparıcısı, Qazi Universitetinin professoru Cəmaləddin Karataş erməni millətçilərinin türk xalqlarına qarşı vəhşiliklərinə dair tarixi faktlar sadaladı. Xocalı soyqırımını Ermənistanın iç siması adlandırdı.
Türkiyə millət vəkili Sinan Ozan erməni hərbi birləşmələrinin Xocalıda tərətdikləri soyqırımını Türkiyə parlamentində tanıması üçün məslə qaldıracağını bildirib.
Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə Xocalı soyqırımını azərbaycan xalqının heç zaman unutmayacağını və qətliam ildönümünün ildən ilə daha çox ölkədə qeyd edildiyini bildirdi.
Azərbaycan tarixçisi, professor Qasım Hacıyev Xocalı soyqırımının tarix elmidən öyrəniləməsi məslələrindən danışdı.
Tədbir Türkiyə telekanalları və mediası tərəfindən işıqlandırılırdı. Tədbirdə 700-ə qədər müəllim və tələbə iştirak edirdi.