Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın Azərbaycana səfəri gözlənilir. Bu barədə Trend-ə bazar ertəsi Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.
Səfərin məqsədi aprelin 7-8-də Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etməkdir.
Səfər zamanı Yıldız, həmçinin Azərbaycanın rəsmi şəxslərilə bir sıra görüşlər keçirəcək.