Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artırıla bilər

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması üçün səylər göstərilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri Gökhan Çetinsaya bildirib. Onun sözlərinə görə, hazırda Türkiyə universitetlərində 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
“Hazırda Türkiyə universitetlərinin birinə azərbaycanlı rektor rəhbərlik edir. İki ölkə arasında əlaqələr genişləndikcə Türkiyədə çalışan azərbaycanlı rektorların sayının artmasını arzu edirik”, – Çetinsaya deyib.
O, səfər çərçivəsində Azərbaycanın baş naziri, həmçinin ölkənin ali təhsil müəssisələrinin rektorları ilə görüşəcəyini bildirib.
Azərbaycanın təhsil nazirinin dəvəti ilə Bakıya səfər edən Çetinsayanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad edib, Türk şəhidliyini də ziyarət edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO