Heydər Əliyev Fondunun Xocalı qətliamı ilə bağlı sənədli filmi Türkiyənin Əskişəhər Osman Qazi Universitetində anım tədbirində numayiş etdirilib.
Azərbaycanın millət vəkili Aydın Mirzəzadə Trend-ə bildirib ki, fevralın 26-da Universitetdə Xocalı soyqrımının 21-ci ildönümü ilə bağlı böyük tədbir keçirilib.
Türkiyə-Azərbaycan Qardaşlıq Platforması tərəfindən təşkil edilən mərasimdə universitetin professor- müəllim heyəti, azərbaycanlı tələbələr, Türkiyə silahlı qüvvələrinin nümayəndəsi, şəhər vali və bələdiyyəsinin səlahiyyətliləri və 500 nəfər iştirak edibi.
Tədbirin əvvəlində Türkiyə və Azərbaycan himnləri səsləndirilib və Xocalı soyqrımının qurbanları bir dəqiqəlik sukutla yad edilib.
Heydər Əliyev Fondu tərəfindən türk dilində hazırlanmış “Xocalı qətliamı” sənədli filmi Qarabağın tarixi, erməni əhalisinin bölgədə yerləşdirilməsi, sovet rəhbərliyinin Dağlıq Qarabağ probleminin yaranmasında rolu və Xocalı faciəsinin dəhşətləri barəsində auditoriyada tam təsəvvür yaradıb.
Çıxış edən universitetin rektoru professor Həsən Gönən Ermənistan tərəfindən törədilən Xocalı faciəsinin bütün türk xalqlarının ümumi ağrısı olduğunu, onun heç bir insanlıq qanunlarına sığmadığını bildirib.
Universitetin dosenti Tamilla Əliyeva əslən Şuşadan olduğunu söyləyərək sovet dönəmində erməni əhalisinin azərbaycan əhalisini sıxışdırdığını bildirib və bir neçə faktla o erməni millətçilərinin insanlığa yaraşmayan hərəkətlərini ifşa edib.
Aydın Mirzəzadə belə tədbirlərin türk xalqlarının öz ümumi tarixinin öyrənilməsində əhəmiyyətini vurğulayıb.
O, Ermənistan tərəfindən Xocalı soyqrımının məqsədli şəkildə törədildiyini, bu zaman Rusiyanın Qarabağda olan hərbi hissəsindn tam yararlandığına dair faktlar söyləyib.
Millət vəkili qeyd edib ki, qətliamı törətməklə azərbaycan xalqında xof yaratmağa çalışsalar da, əksinə xalqımızın öz torpağı uğrunda qətiyyətini möhkəmləndirdilər.
Tədbirin təşkilatçısı Türkiyə – Azərbaycan Qardaşlıq Platformasıın sədri universitetin birinci kurs tələbəsi Elvin Əjdərli azərbaycanlı tələbələrin Xocalı soyqrımının dünyaya çatdırılmasında üzərlərinə düşən vəzifələrdən danışıb, Ermənistanın öz məqsədlərinə çatmadığını, gənçliyin torpağa sıx bağlılığını söyləyib.
Tədbir keçırılən zalda Xocalı soyqrımını əks etdirən guşə yaradılmış və stendlər düzülmüşdü.