Türkiyə parlamenti ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını tanımalıdır. Trend-in bazar ertəsi “Bugün” onlayn qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputat Rəşad Doğru deyib.
“Əvvəllər Xocalıda 11 min azərbaycanlı yaşayırdı. Hazırda orada bir azərbaycanlı belə yoxdur. Onlar haradadır?” – Doğru bildirib.
O, həmçinin qeyd edib ki, Xocalı soyqırımı müasir tarixin ən qəddar hadisələrindən biridir.