“AzeriCard” prosessinq mərkəzi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) onlayn ödəmələr sisteminə qoşub. Trend-in məlumatına görə, bu barədə çəşənbə günü “AzeriCard”ın yaydığı məlumatda deyilir.
Məlumata görə, artıq virtual ödəmə kartlarını “AzeriCard” vasitəsilə də əldə etmək mümkündür.
Virtual ödəmə kartları TQDK-nın keçirdiyi imtahanlarda qeydiyyat üçün istifadə edilir.