TQDK-dan abituriyentlərə növbəti müraciət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( TQDK) 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.
Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, hazırda qəbul imtahanlarında iştirak üçün elektron ərizələrin qəbulu davam edir. Bu gün saat 10:00-a olan məlumata görə, abituriyentlər tərəfindən 19 min “Abituriyentin elektron ərizəsi” forması açılıb. Onlardan 13 mini təsdiq olunub, 6 mini isə təsdiqlənməyib.
Təsdiq olunan ərizələrin 11 500-ü abituriyentlərin özləri tərəfindən, 1500-ü isə Sənəd Qəbulu komissiyaları tərəfindən təsdiq edilib.
Bu proses mayın 17-dək aparılacaq. Göstərilən tarixə qədər abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidilər. Ərizələrini təsdiq etməyən abituriyentlərin qəbul imtahanlarına buraxılması təmin olunmayacaq.
Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Mayın 19-da keçirilən imtahanda iştirak etmək istəyənlər mayın 8-dən gec olmayaraq ərizələrinin təsdiqini təmin etməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO