Ötən il Azərbaycanın 83 polis əməkdaşı Türkiyədə hazırlıq keçib

Türkiyənin 2007-ci ildə beynəlxalq polis hazırlığı sahəsində başladığı əməkdaşlıq layihəsi çərçivəsində ötən il Azərbaycanın 83 polis əməkdaşı bu ölkədə hazırlıq keçib. Bu barədə Trend bazar ertəsi “Anadolu” agentliyinə istinadən məlumat verir.
Layihə Türkiyənin Beynəlxalq Koordinasiya və Əməkdaşlıq Agentliyi (TİKA) tərəfindən həyata keçirilir. Layihə çərçivəsində 13 ölkədən 1286 polis əməkdaşı Türkiyədə hazırlıq keçib.
Bu təlim və hazırlıqlarda Azərbaycan polislərindən başqa, Albaniya, Bosniya və Herseqovina, Fələstin, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Monqolustan, Tunis, Türkmənistan və digər ölkələrdən polislər iştirak ediblər.
Təlimlər, əsasən, təhlükəsizlik və kəşfiyyat obyektlərinin müdafiəsi, həmçinin girovların azad edilməsi üzrə hazırlıq sahəsində aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO