Ötən il Azərbaycan ərazisində qanunsuz yaşayan 3023 əcnəbi ölkədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Əli Mərdanov məlumat verib. İdarə rəisinin sözlərinə görə, deportasiya olunanlardan 674-ün ölkədən çıxarılma prosesi Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilib.

2011-ci ildə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşən əcnəbilərdən 1319 nəfəri Türkiyə, 825-i Pakistan, 339-u Çin, 236-sı Türkmənistan, 45-i Rusiya, 41-i Gürcüstan, 50-si İran, 24-ü Özbəkistan, 19-u İsrail, 25 nəfəri isə Banqladeş vətəndaşı olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO