Bu barədə Daxili İşlər Nazirliyi Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Əli Mərdanov məlumat verib. İdarə rəisinin sözlərinə görə, deportasiya olunanlardan 674-ün ölkədən çıxarılma prosesi Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilib.
2011-ci ildə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşən əcnəbilərdən 1319 nəfəri Türkiyə, 825-i Pakistan, 339-u Çin, 236-sı Türkmənistan, 45-i Rusiya, 41-i Gürcüstan, 50-si İran, 24-ü Özbəkistan, 19-u İsrail, 25 nəfəri isə Banqladeş vətəndaşı olub.