Ötən il Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 16 qərar çıxarıb

Ötən il Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 16 qərar çıxarıb Məhkəmənin 2010-cu ildə fəaliyyətinə dair hazırlanan icmala əsasən ötən il Azərbaycandan 337 şikayət daxil olub. Onlardan 167-si rədd edilib, 49-u hökumətə göndərilib, 33-ü qəbul olunub. Qəbul olunan şikayətlərdən 16-sı üzrə qərar çıxarılıb, 10-u isə qərar əsasında və problemin qarşılıqlı razılıqla yoluna qoyulması ilə həllini tapıb.

Məhkəmənin statistikasına əsasən Azərbaycan vətəndaşları daha çox mülkiyyətin müdafiəsi (2010-cu ildə 9 dəfə), azadlıq və təhlükəsizlik hüququ (8) və ədalətli mühakimə hüququ (4) iddiaları ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edirlər.

Qeyd edək ki, Azərbaycan 9 il əvvəl Avropa İnsan Haqları Konvensiyasına qoşulub. Bu müddət ərzində Azərbaycandan məhkəməyə 1254 şikayət daxil olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO