Terri Devis: “İlham Əliyevin xalqın böyük çoxluğunun səsi ilə prezident seçilməsinə heç bir şübhəm yoxdur”

“Bu il dekabrın 2-3-də Bakıda Avropa Şurasının təşkilatçılığı və quruma üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək “Mədəniyyətlərarası dialoq”la bağlı müzakirələrin aparılacağı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gedəcəyəm. Mən həmin konfransdan çox şey gözləyirəm. Terri Devis: “İlham Əliyevin xalqın böyük çoxluğunun səsi ilə prezident seçilməsinə heç bir şübhəm yoxdur”Ümumiyyətlə, həmişə Azərbaycana səfər etməkdən şad oluram. Azərbaycan xalqı tərəfindən həmişə yaxşı qarşılanmışam. Xalqınız zəngin mədəniyyətə malikdir. Ölkənizin mədəniyyəti ilə çox maraqlanıram. Ona görə də bu səfərimdə şəxsi təşəbbüsümlə muzeylərə baş çəkəcəyəm ”. APA-nın Avropa bürosunun əməkdaşının məlumatına görə, bunu azərbaycanlı jurnalistlərlə söhbətində Avropa Şurasının baş katibi Terri Devis deyib. Baş katib qeyd edib ki, o, Azərbaycanda toleyrantlığın səviyyəsindən, milli azlıqlara olan gözəl münasibətdən məmnundur: “ Eyni zamanda, Gürcüstanda azərbaycanlı azlıqlara yaxşı münasibətin olduğunu düşünürəm. Bildiyiniz kimi, mən milli azlıqlara necə münasibət bəslənməsinə xüsusi önəm verirəm. Mənim fəlsəfəm çox sadədir-biz müxtəlif olmaqla yanaşı, həm də bərabərik. Məni Azərbaycanda narahat edən əsas məsələ mətbuat və söz azadlığı ilə bağlıdır. Azərbaycana növbəti səfərim zamanı da rəsmilərlə görüşlərimdə məhz bu məsələni qaldıracağam. Mən prezident İlham Əliyevi yaxşı tanıyıram və təqdir edirəm. Prezident İlham Əliyev Azərbaycanın müasirləşdirilməsi və demokratiya yolunda inkişaf etməsi üçün çox işləyir. Bu səfər müddətində onunla görüşümü çox gözləyirəm ”.
T. Devis Azərbaycanda keçirilmiş seçkilərlə bağlı sualı da cavablandırıb. Baş katib deyib ki, onun İlham Əliyevin xalqın böyük çoxluğunun səsi ilə prezident seçilməsinə heç bir şübhəsi yoxdur: “Lakin eyni zamanda düşünürəm ki, Azərbaycandakı seçkilər daha da yaxşı təşkil oluna bilərdi. Bu, həm Azərbaycanın, həm də prezidentin maraqlarına daha çox xidmət edərdi. Demokratik cəmiyyətdə ən önəmli məsələlərdən biri də siyasi rəqiblərə olan münasibətdir. Bu sahədə qanunvericilik də vacibdir. Mənim atam həm futbol, həm də siyasətlə çox maraqlanardı. Bir dəfə mənə dedi: “Yadında saxla, həm siyasətdə, həm də futbolda ən əsası başqa oyunçu ilə deyil, topla oynamaqdır”. Onun bu cümləsi çox ağıllı və müdrikdir. Nəzərə almaq lazımdır ki, bəzən bir tərəfin düzgün hesab etmədiyi şeylər əslində düzgün də ola bilər. Bu gün Azərbaycanda demokratiya sahəsində bir çox nailiyyətlər əldə olunub. Bu istiqamətdə işlərin sürətlə davam etdirilməsi çox vacibdir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO