Tehran Universitetinin rektoru Bakıya səfər edir

Tehran Universitetinin rektoru Mahmud Nili Əhmədabadi dekabrın 17-də Bakıya səfər edəcək. Bunu Trend-ə eksklüziv açıqlamasında İran səfirliyinin Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi deyib.

İ.İbrahimi bildirib ki, M.Nili Əhmədabadi Bakıya Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun dəvəti ilə BDU-nun 95 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün səfər edir.

Onun sözlərinə görə, səfər çərçivəsində M.Nili Əhəmabadinin Təhsil Nazirliyində, Xəzər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO