Serbiya Prezidenti Tomislav Nikoliç Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Tomislav Nikoliç fevralın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoyub.

Trend-in məlumatına görə, Serbiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.
Tomislav Nikoliç Şəhidlər xiyabanını da ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Serbiya Prezidenti Tomislav Nikoliç və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən Azərbaycanın qəhrəman övladlarının məzarlarını ziyarət etdilər.
Serbiya dövlətinin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Tomislav Nikoliç Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO