“Seçki 2008”

“Seçki 2008” QHT Koalisiyasının üzvləri beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüblər

“Seçki 2008” QHT Koalisiyası beynəlxalq təşkilatların nümayəndələri ilə görüş və müzakirələrini davam etdirir. Qurumdan Lent.az-a verilən məlumata görə, koalisiyanın üzvləri Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams və onun köməkçisi Nigar Arpadarai ilə görüşüblər. Koalisiya haqqında səfirə ətraflı məlumat verən koordinator Vahid Qazi bildirib ki, fəaliyyət göstərdiyi 1 ay ərzində Koalisiya xeyli iş görüb. Səfir Alan Vaddams isə Avropa Komissiyasının Azərbaycanda yeni nümayəndəliyinin fəaliyyəti barədə məlumat verib. Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətindən danışan səfir prezident seçkilərində QHT-lərin belə birgə fəaliyyətinin çox maraqlı və effektli olmasını bildirib. Daha bir görüş isə İFES-in Bakı ofisində olub. Koalisiya üzvləri ölkə üzrə direktor Dən Blessinqton və layihə koordinatoru Şəhla Mahmudova ilə görüşüblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO