Sabah Milli Məclisin yaz sessiyası başlayır

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Fevralın 1-də keçiriləcək ilk iclasın gündəliyinə 14 məsələ daxildir. İlk iclasda parlamentin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı, Milli Məclisin İntizam komissiyası və Hesablayıcı komissiyasının yenidən təşkilinə dair məsələlərə baxılacaq.

Parlamentin iclasında “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi, Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi, “Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi, “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihələri səsverməyə çıxarılacaq. Bundan başqa, parlamentdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, İnzibati Xətalar Məcəlləsinə əlavələr, ”Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihələri və “İcbari sığortalar haqqında” qanunun layihəsi müzakirə olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO