Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Martın 1-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 1-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu rayonlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO