Sabah Azərbaycan ərazisində hava dəyişəcək, bəzi yerlərdə qar yağacaq

Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-3, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Uzun müddət davam edən mülayim isti hava şəraitindən sonra yaxın 2 gündə atmosfer təzyiqinin yüksəlməsi, arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO