Rusiyada zorlama və adamöldürməyə görə axtarışda olan 4 azərbaycanlı tutulub

Rusiyada zorlama, adamöldürməyə görə axtarışda olan 4 azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi (zorlama) ilə axtarışda olan Kamran Hüseynov tutulub.

Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Pərviz Quliyev, eləcə də 106-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə axtarışda olan Asif Əliyev və Fərman Əliyev tutulublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO