Rusiya Silahlı Qüvvələri gələn ildən etibarən tank, təyyarə və raket komplekslərinin hava ilə doldurulmuş maketlərini almağa başlayacaq. Trend-in çərşənbə günü “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu “RusBal” elmi-istehsalat müəssisəsinin baş direktorunun müavini Viktor Talanov deyib.
O bildirib ki, söhbət T-72 və T-80 tankları, Su-27 və MiQ-31 qırıcı təyyarələri, həmçinin müxtəlif təyinatlı bəzi raket komplekslərinin pnevmotik maketlərindən gedir.
Talanov xatırladıb ki, hərbi texnikanın maketləri rəsmən Silahlı Qüvvələrin təchizatına qəbul edilib.