REFERENDUM SOSİAL PROBLEMLƏRİN HƏLLİNƏ VƏ İNSAN HÜQUQLARININ MÜDAFİƏSİNƏ YÖNƏLMİŞDİR

REFERENDUM SOSİAL PROBLEMLƏRİN HƏLLİNƏ VƏ İNSAN HÜQUQLARININ MÜDAFİƏSİNƏ YÖNƏLMİŞDİRMartın 18-də Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) ölkədə sosial problemlərin həllinə və insan hüquqlarının müdafiəsinə yönəlmişdir. Bu sözləri Ukrayna Ali Radası tərəfindən müşahidəçi kimi referendumu izləmiş Anatoli Raxanski söyləmişdir.

Referendumun gedişini və yekunlarını şərh edən A.Raxanski demişdir: Bu, seçki kampaniyalarında və ümumxalq səsvermələrində müşahidəçi qismində Azərbaycana altıncı səfərim idi.

Hər yeni səfərim zamanı şəffaf, demokratik seçki kampaniyasının və səsvermə prosesinin təmin olunmasında daha əhəmiyyətli irəliləyişlər müşahidə edirəm.

Buna misal olaraq, həm mümkün qanun pozuntusu halları, yaxud səsvermənin gedişində yaranmaş problemlərlə bağlı MSK-ya məlumat çatdırmaq üçün yaradılmış “qaynar xətt”i, həm seçki məntəqələrində referendumun gedişini izləməyə imkan verən veb-kameraların qurulmasını, həm də səsvermə prosesinin başlandığını və ona nəzarətlə bağlı bir çox digər tədbirləri göstərmək olar.

Xarici və yerli müşahidəçilərin fikrincə, seçicilərin Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referenduma qatılması səviyyəsi çox yüksək olmuşdur (71 faizdən çox, halbuki legitimlik üçün 25 faiz kifayət idi). Bu, referendum üçün çox yaxşı göstəricidir. Ölkənin bölgələrindəki yüksək fəallığı da qeyd etmək lazımdır. Səsvermə əsasən sakit, Seçki Məcəlləsinə müvafiq şəkildə keçmişdir.

Zənnimcə, bütün bunlar Konstitusiyanın 29 maddəsinə edilmiş və sosial problemlərin həllinə, insan hüquqlarının müdafiəsinə yönəlmiş dəyişikliklər və əlavələrə seçicilərin böyük marağının göstəricisidir.

Zeynal Ağazadə
AzərtAc-ın xüsusi müxbiri

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO