Üç rayondan 30 şikayət

Şimal bölgəsinin vətəndaşları bələdiyyələrin və rayon torpaq şöbələrinin nümayəndələrini korrupsiyayada günahlandırır Üç rayondan 30 şikayət
Korrupsiyaya qarşı Mübarizə Fondu Xaçmazda “İctimai Vəkillik Xidməti” layihəsinə start verib. Layihə korrupsiya ilə üzləşən vətəndaşlara hüquqi yardımın təşkilini, məsləhətlərin verilməsini və onların ərizə və şikayətlərinin baxılması üçün dövlət orqanlarına istiqamətləndirilməsini nəzərdə tutur. Fondun icraçı direktoru Vasif Mövsümov Lent.az-a açıqlamasında bildirib ki, Xaçmaz, Dəvəçi və Quba rayonlarından İctimai Vəkillik xidmətinə korrupsiya ilə bağlı 30 nəfər ərizə və şikayətlə müraciət edib. Onun sözlərinə görə, bu şikayətlər əsasən, torpaq məsələləri ilə bağlı bələdiyyələrdən və rayon torpaq şöbələrindən, məhkəmə icraçılarından və digər yerli dövlət idarələrindəndir. “Fondun hüquqşünasları tərəfindən ərizə və şikayətlər qəbul edilərək, vətəndaşlarla söhbət aparıb, onlara hüquqi yardım göstəriblər” – deyə icraçı direktor bildirib. Vaqif Mövsümov bildirib ki, müraciətlər baxılması üçün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına və digər müvafiq dövlət orqanlarına göndəriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO