İraq Türkiyə ilə siyasi yaxınlaşmanı alqışlayır

İraq əsasını ümumi xeyir, qarşılqlı hörmət və mehriban qonşuluq münasibətləri təşkil edən siyasi yaxınlaşmanı razılıqla qarşılayır. Trend-in məlumatına görə, bu barədə şənbə günü İraqın baş naziri Nuri Əl-Malikinin şəxi saytında yerləşdirilən çıxışına istinadən “Əl-Cəzirə” telekanalı xəbər yayıb.
Telekanal qeyd edir ki, bu, İraqın son bir neçə ay ərzində Türkiyə barəsində ilk belə dostluq bəyanatıdır.
İraq və Türkiyə münasibətlərində bir ildən artıqdır ki, gərginlik davam edir. Daha əvvəl İraqın baş naziri Maliki bildirib ki, Türkiyə “qonşuların işinə qarışmaq”, “orada hökmranlıq etmək” cəhdlərinə görə regionun bütün ölkələinin düşməninə çevrilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO