İran parlamenti prezidentin təyin etdiyi naziri təsdiqləməyib

İran prezidenti Mahmud Əhmədinejadın ölkənin informasiya texnologiyaları və telekommunikasiya naziri vəzifəsinə yeni təyin etdiyi Əli Nikzad parlament tərəfindən təsdiq edilməyib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin sədr müavini Hüseyn Müzəffər açıqlama verib. O bildirib ki, Ə. Nikzadın informasiya texnologiyaları və telekommunikasiya naziri vəzifəsinə təyin edilməsi ölkə qanunlarına ziddir. H. Müzəffər M. Əhmədinejada məktub yazaraq bu vəzifəyə başqası təyin etməsini istəyib.
Qeyd edək ki, Ə. Nikzad hazırda İranın yollar və şəhərsalma naziridir. Qanunlara görə, bir şəxs eyni zamanda iki nazir vəzifəsini icra edə bilməz.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO