Qubad İbadoğlu: “İtirən Müsavat Partiyası oldu “

Müsavat Partiyasının tanınmış üzvlərindən Hikmət Hacızadə partiyadan istefa verib.

Trend-in məlumatına görə, H.Hacızadə partiyada söz azadlığının kobud şəkildə pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verdiyini bəyan edib.

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Hikmət Hacızadənin istefasını Müsavat Partiyası üçün ağır itki kimi dəyərləndirib: “Hikmət bəy Müsavatda başlayan repressiyaları dayandırmağa cəhd etsə də, özü onun ən böyük qurbanı oldu. İtirən Müsavat oldu. Bu, çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin ağrısını yaşayanda onun miqyasını dərk edəcəyik. İnanırıq ki, tezliklə partiyamızda ədalət bərpa olunacaq, represiyalara son qoyulacaq, heç kim dediyi sözə, ifadə etdiyi fikrə görə cəzalanmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO