Qoran Lenmarkerin Yerevan, Tbilisi, Bakı turnesi

Qoran Lenmarkerin Yerevan, Tbilisi, Bakı turnesiATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker fevralın 13-də Azərbaycanda rəsmi səfərdə olacaq.

AzərTAc-ın məlumatına görə, birgünlük səfər çərçivəsində Q.Lenmarker Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionu ilə bağlı müzakirələr aparacaq.

ATƏT nümayəndəsi fevralın 9-da Yerevanda, fevralın 10-da Tbilisidə səfərdə olacaq. Assambleyanın fevralın 19-20-də Vyanada keçiriləcək qış sessiyasında Q.Lenmarkerin Cənubi Qafqaz regionuna səfərinin nəticələrinə dair hesabatla çıxışı planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO