Qazaxıstan səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Amangəldi Jumabayevi qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Amangəldi Jumayevi ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Amangəldi Jumabayev ölkəmizə təyin olunmasından məmnunluq ifadə edib və Qazaxıstanın Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını bildirib.
Həmçinin, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər, xüsusilə enerji və nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə səfir öz etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO