“Qarabağın azərbaycanlı və erməni icmalarının növbəti görüşünün iyulda keçirilməsi gözlənilir”

“Biz Dağlıq Qarabağın erməni icması ilə növbəti görüşün neytral ərazidə keçirilməsini istəyirik. Bu bizim üçün çox vacibdir və bununla bağlı hazırda danışıqlar gedir”.Bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Onun sözlərinə görə, görüşün iyul ayında keçirilməsi nəzərdə tutulur. F. Bədəlbəyli bildirib ki, görüşdə problem həll olunduqdan sonra birgə yaşayış prinsipləri müzakirə olunacaq:

“Biz bilməliyik ki, camaatımız orada necə yaşayacaq, onların təhlükəsizliyini kim qoruyacaq, bölgədə hansı sülhməramlılar yerləşdiriləcək. Bizim adamlarımız ora qayıtsalar, silahsız qayıdacaqlar. Bu olduqca mühüm məsələdir. Əlbəttə bu bir günlük iş deyil, Qarabağda dağıdılan evlərin bərpası barədə də görüşdə müzakirələr aparılması gözlənilir. Yəni problemlər çoxdur, bunları müzakirə etmək lazımdır”.

F. Bədəlbəylinin sözlərinə görə, görüşdə Azərbaycan tərəfindən kimlərin təmsil olunacağı dəqiq bilinmir: “Bu görüşdə Azərbaycan tərəfindən Polad Büllbüloğlu, Kamal Abdulla da ola bilər, bəlkə məni də dəvət edəcəklər. Sözsüz ki, bu görüşdə Azərbaycan tərəfindən Şuşanın, Ağdərənin icra başçıları olmalıdır”. F. Bədəlbəyli bildirib ki, problemin həlli üçün dövlət rəhbərləri ilə bərabər ərazidə yaşayan sadə adamlarla da danışıb onların fikrini öyrənmək lazımdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO