Prezidentin andiçmə mərasimi oktyabrın 24-də olacaq

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi 2008-ci il oktyabrın 24-də olacaq.
Lent.az-ın məlumatına görə, oktyabrın 22-də Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə keçirilmiş iclası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini rəsmən elan edib.
Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, ölkə Prezidenti seçilmiş şəxs Konstitusiya Məhkəməsinin seçkilərin yekunları barədə məlumatı rəsmən elan etdiyi gündən etibarən üç gün ərzində and içməlidir. Prezident and içdiyi gündən öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO