Prezident İlham Əliyev Hacıqabul rayonuna səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Hacıqabul rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında 2011-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi hektar yarım olan parkda rayon sakinlərinin istirahəti üçün geniş imkanlar yaradılıb. Burada uşaq əyləncə və istirahət mərkəzi, 320 yerlik yay teatrı və kafe inşa edilib. Parkda müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinləri ilə yanaşı, qonaqların da istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO