Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabı qəbul etmişdir.
Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəmi qeyd olundu, Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunuldu. Qeyd olundu ki, Dünya İqtisadi Forumu Bakıda uğurla keçiriləcək və bu tədbir iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəkdir.