Prezident İlham Əliyev “bp ” şirkətinin sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə günü Davosda “bp” şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə “bp” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olundu. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığımızın uğurla həyata keçirildiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Görüşdə Azərbaycan ilə “bp” şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO