Prezident İlham Əliyev “Avropanın enerji gələcəyi” mövzusunda sessiyada iştirak edib

Forumda müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələləri müzakirə olunur. Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak edirlər.

Yanvarın 28-də Forumun “Avropanın enerji gələcəyi” mövzusunda sessiyası keçirilib.
Böyük əhəmiyyətə malik bu sessiyada Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
“Yeni reallıq üçün ümumi normalar” devizi altında keçirilən builki toplantıda bir-biri ilə sıx bağlı olan yeni reallığa cavab, iqtisadi perspektivlər və hərtərəfli inkişaf siyasətinin müəyyənləşdirilməsi, “Böyük 20”-liyin gündəliyinin dəstəklənməsi, qlobal risklərdən qorunma şəbəkəsinin yaradılması kimi məsələlər ehtiva edilir. Əsas diqqət qlobal risklər, onların yüngülləşdirilməsi ilə bağlı strategiyaların hazırlanmasına yönəldilir.

Sessiyada çıxış edən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolundan bəhs etdi. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, “Cənub dəhlizi” çərçivəsində nəzərdə tutulan layihələrin perspektivləri və digər məsələlər barədə danışdı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO