Press-reliz


“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun növbəti “Hərəyə bir kitab” aksiyası reallaşdı.
“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” Maştağada yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbini kitab aksiyası ilə bağlı ziyarət etmişdir.
Ənənəyə sadiq olaraq aksiya nəticəsində toplanmış kitablar 9 mart 2013-cü il tarixində Fond tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbində yaradılmış kitabxananın gücləndirilməsini təmin etmək məqsədi ilə 1 nömrəli tam orta internat məktəbinə səfər təşkil olunmuş və aksiya zamanı toplanmış kitabların bir hissəsi məktəbin kitabxanasına təhvil verilmişdir.
Onu da qeyd edək ki, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” dəfələrlə xüsusi qayğıya ehtiyacı olan uşaqların maarifləndirilməsi istiqamətində işlər görmüşdür. Elə aksiyanın əsas məqsədi də internat uşaqlarının maarifləndirilməsinə dəstək vermək, cəmiyyətin neqativ təzahürlərindən qoruyaraq kitablar vasitəsi ilə düzgün yolu göstərmək, uşaqları mənəvi inkişaf etdirərək xalqına və vətəninə dəyərli övlad kimi yetişmələrinə şərait yaratmaqdır.
Məktəbə səfər zamanı uşaqlarla da görüşülmüş, mərkəzin fəaliyyəti barədə uşaqlara məlumat verilmiş, habelə, uşaqların problemləri və gələcəyə dair fikirləri dinlənilmişdir. Görüşün sonunda Fondun icraçı direktoru və Mərkəzin rəhbəri Rüfət Muradov kitabların toplanmasında köməklik göstərən “Bərəkət” və “Xəzər” Nəşriyyatlarına və digər fəal gənclərə öz təşəkkürünü bildirmiş, həmçinin bu cür aksiyalar davamlı olaraq həyata keçiriləcəyini vurğulamışdır.

Mətbuat xidməti

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO