Poroşenko “Roshen “-i satır

Ukrayna Prezidenti Pyotr Poroşenko ümid edir ki, yaxın vaxtlarda “Roshen” şirniyyat holdinqinin satışı üzrə sövdələşmə imzalanacaq. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Prezident “Bild” qəzetinə müsahibəsində deyib.

P.Poroşenko bildirib: “Biz satışla bağlı iri investisiya banklarının biri ilə danışıqlar aparırıq. Əminəm ki, yaxın vaxtlarda müqavilə imzalaya biləcəyik”.

Qeyd edək ki, “Roshen” holdinqi P.Poroşenkonun ailəsinin nəzarət etdiyi strukturlardan biridir. Şirkət təqribən 200 növ qənnadı məmulatı istehsal edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO