Polkovnik Mehman Sadıqov Penitensiar Xidmətdə yeni vəzifəyə təyin olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni kadr təyinatı olub.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyevin əmri ilə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov vəzifəsindən azad edilərək eyni statuslu digər vəzifəyə təyin olunub. Belə ki, M.Sadıqov bundan sonra Penitensiar Xidmətin “Cəmiyyət və cəza” ictimai-siyasi elmi-təcrübi jurnalının baş redaktoru – şöbə rəisi vəzifəsində çalışacaq.

İctimaiyyətlə əlaqələr şöbəsindən həmçinin bildiriblər ki, bu qərar “Cəmiyyət və cəza” jurnalının fəaliyyətini canlandırmaq məqsədilə qəbul edilib.

Hələlik onun yerinə heç kim təyin olunmayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO