Penitensiar xidmətin rəis müavini: “Azərbaycanda qadın məhkumların sayı ilbəil azalır”

Azərbaycanda qadın məhkumların sayı ilbəil azalır. APA-nın xəbərinə görə, bunu Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamının icrası zamanı deyib. H. Əlixanovun sözlərinə görə, ötən il ölkədə 450 qadın məhkum olubsa, bu il onların sayı 300-ə yaxındır. Rəis müavini deyib ki, qadınlar əsasən dələduzluq, narkotik, insan alveri, qəsdən adam öldürmə halları ilə bağlı həbs olunublar.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan məhkumların da getdikcə azalır.
H. Əlixanov Penitensiar xidmətdə son zamanlar mütərəqqi tədbirlər həyata keçirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini, məhkumların şəraitinin yaxşılaşdırıldığını vurğulayıb: “Məhkumların asudə vaxtını səmərəli keçirmələri üçün bütün şərait yaradılır. Yeni qanunvericiliyə görə məhkumların telefon danışıqlarının müddəti artırılıb”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı 87 nəfərə şamil olunub. Onlardan 79 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO