Ombudsmanın nümayəndələri Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Səhiyyə Nazirliyinin Məhkəmə

Psixiatrik Ekspertiza Mərkəzinin stasionar və ambulator şöbəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi bu müəssisədə saxlanılma şəraiti, orada olanlarla rəftar və sənədləşmə məsələlərinin araşdırılması olub. Həmin müəssisənin rəhbərliyi tərəfindən MPQ-nin üzvləri üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, bu Mərkəz hüquq-mühafizə orqanlarının və məhkəmənin qərarı əsasında şəxslərin məhkəmə psixiatrik ekspertizasını həyata keçirən, Səhiyyə Nazirliyinə tabe olan xüsusi təyinatlı tibb müəssisəsidir. Bu qurum müayinəyə daxil olmuş şəxslərin müayinə dövründə yoxlanılmasını, palatalarda və təcridxanalarda saxlanılmasını, onlara virtual nəzarəti, qidalanmasını, təhlükəsizliyini təşkil və təmin edir.

MPQ-nin üzvləri müəssisənin stasionar və ambulator şöbəsinə, təcridxanalara baxış keçiriblər, burada saxlanılan 15 şəxslə görüşüb, saxlanılma şəraitini araşdırıblar. Həmin şəxslərdən şikayət daxil olmayıb.

Müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib və başçəkmənin nəticələri ilə bağlı təkliflərlə Səhiyyə Nazirliyinə müraciət edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO