Obamadan Güney Azərbaycana dəstək

Obamadan Güney Azərbaycana dəstəkABŞ prezidentliyinə namizəd, senator Barak Obama İranda rejimin azərbaycanlılara qarşı yürütdüyü siyasəti pisləyən bəyanatla çıxış edib.Bu ölkədə yaşayan azərbaycanlıların ona ünvanladığı məktuba cavab olaraq, İranda etnik azərbaycanlıların əhalinin 1/3-ni təşkil etdiyini bildirən B. Obama Dövlət Departamentinin 2007-ci il üçün insan haqları ilə bağlı yaydığı hesabatda azərbaycanlıların etnik və dil diskriminasiyasına məruz qalmalarından şikayət etmələrinin əksini tapdığını xatırladıb: “Bu şikayətlərdə Azərbaycan dilinə qadağa qoyulması, milli fəalların təqib edilməsi və Azərbaycan toponimlərinin dəyişdirilməsi hallarına rast gəlinir”. Prezidentliyə namizəd bundan sonra da yerli azərbaycanlıların vəziyyətini diqqətdə saxlayacağını, müvafiq qərarlar qəbul etdikdə ona bu məsələ ilə bağlı ünvanlanan müraciətləri nəzəri alacağını deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO